“Ötən il bu səbəbdən Azərbaycan 123 milyon dollar itirib” – Qubad İbadoğlubackend

“Ötən il bu səbəbdən Azərbaycan 123 milyon dollar itirib” - Qubad İbadoğlu

“BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) son hesabatına görə, Azərbaycan elektron ticarət üzrə 152 ölkə arasında 65-cı olub, ölkəmiz bu göstərici üzrə əvvəlki illə müqayisədə 2 pillə geriləyib”.
KONKRET.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib.
O bildirib ki, UNCTAD reytinqinin hazırlanması zamanı ölkədə internetdən istifadə vəziyyəti, bank xidmətlərinə əlçatanlıq, mobil ödəniş sistemləri, təhlükəsiz serverlər, internet mağazalarının sayı, poçtun, çatdırılma xidmətinin vəziyyəti kimi göstəricilər üzrə qiymətləndirmələr aparıb:
“Elektron ticarət sahəsində MDB ölkələri arasında lider Belarusdır. Reytinq cədvəlində Belarus 35-ci, Rusiya 41-ci, Gürcüstan – 47-ci, Ukrayna – 51-ci, Moldova – 53-cü, Qazaxıstan – 60-cı, Ermənistan – 84-cü yerdədir. Digər beynəlxalq hesabatda internetin bağlanmasından ən çox xərcə düşən ölkələr arasında Azərbaycan dünya üzrə 5-ci olub. Ötən il bu səbəbdən ölkəmiz 123 milyon dollar itirib”.
Qubad İbadoğlunun sözlərinə görə, Belarus da eyni problem üzrə 336 milyon dollar ziyan düşməsinə baxmayaraq, elektron ticarət reytinqdə MDB-də üstünlüyünü mobil ödəniş sistemləri, bank və poçt xidmətinin keyfiyyəti və sürəti hesabına saxlaya bilib. Azərbaycanda isə Mərkəzi Bank bu sahəni dirçəltmək və ölkəni rəqəmsal iqtisadiyyat üçün vacib olan elektron ticarətin inkişafı sahəsində önə çıxarmaq əvəzinə inzibati binasını təzələmək fikrinə düşüb”.
Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*