Oturaq işin zərərlərini necə azaltmaq olar? – ƏTRAFLIbackend

Oturaq işin zərərlərini necə azaltmaq olar? - ƏTRAFLI

Gündəlik uzun müddət oturmaq sağlamlıq problemlərinə səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Kolumbiya Universitetinin alimləri araşdırma aparıb.

Fizioloqların araşdırması “Medicine & Science in Sports & Exercise” portalında dərc olunub.

Qeyd olunub ki, eksperimentdə ümumilikdə 11 nəfər iştirak edib. Tədqiqatın bütün iştirakçıları bir neçə saat kompüter arxasında oturub və eyni qidanı qəbul ediblər.

Məlum olub ki, beş dəqiqəlik gəzinti oturaq işin zərərini kompensasiya edir.

Alimlər bildirib ki, hər yarım saatdan bir oturduğunuz yerdən qalxmaq əhval-ruhiyyəni yaxşılaşdıracaq. İş vaxtı qısa bir gəzinti ürək-damar və digər xroniki xəstəliklərin inkişaf riskini azaldır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*