Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu (VEEF) çərçivəsində jurnalistlərə bildirib ki, Ermənistanın Avropa İttifaqına qoşulması məsələsi İrəvanın öz işi və suveren hüququdur və bu məsələ ilə bağlı Moskva ilə heç bir təmas yoxdur.
KONKRET.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Overçuk qeyd edib: “Xeyr, Ermənistanın Aİ-yə daxil olması məsələsi Ermənistanın öz işidir. Necə qərar versələr, elə də olacaq. Bu, onların suveren hüququdur”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
