Oyuna Ukraynanın bayrağı ilə çıxdılarbackend

Oyuna Ukraynanın bayrağı ilə çıxdılar

İngiltərə Premyer Liqasının 27-ci turunun “Everton” – “Mançester Siti” matçında hər iki komanda meydana Ukrayna simvolları ilə çıxıb.

KONKRET.az xəbər verir ki, onlar Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyiblər.

“Everton” futbolçuları əyinlərinə Ukrayna bayrağı geyiniblər, “Mançester Siti”nin oyunçularının formalarında isə “sarı-göy” bayraq olub. Ukrayna simvolu tribunalardakı bir çox azarkeşdə də olub.

“Everton” və “Mançester Siti”nin ukraynalı futbolçuları Vitali Mikolenko ilə Aleksandr Zinçenço ehtiyat oyunçular skamyasında qalıb. Lakin onlar oyunqabağı məşq zamanı göz yaşlarına hakim ola bilməyərək, qucaqlaşıblar.

Qeyd edək ki, görüş “Mançester Siti”nin qələbəsi ilə yekunlaşıb – 1:0.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*