“Öz marionetlərinə görə erməni dövlətini qurban verən Rusiyadan kömək gözləmək olmaz” – Arşakyanbackend

“Öz marionetlərinə görə erməni dövlətini qurban verən Rusiyadan kömək gözləmək olmaz” - Arşakyan

“Hakimiyyətdən uzaqlaşdırılan marionetkalarına görə erməni dövlətini qurban verməyə hazır olan Rusiyadan kömək gözləməyə dəyməz”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:

“Yeni ildir, amma köhnə problemlərimiz hələ də qalıb. Yəni biz 2023-cü ilə əvvəlki illərdən miras qalan problemlər yığını ilə qədəm qoyduq. 2022-ci il Ermənistanın “müttəfiqləri”, – xüsusən Rusiya və KTMT ilə münasibətləri baxımından həlledici dönüş nöqtəsi oldu. Sentyabr döyüşlərində Ermənistan bir daha məğlubiyyətə uğradı və çətin vəziyyətlə üz-üzə qaldı. Belə bir vəziyyətdə KTMT-dəki “müttəfiqlərin” köməyinə ümid etməyə tam haqqımız var idi. Ancaq yenə də heç bir kömək gəlmədi. Üstəlik, KTMT-nin demək olar ki, bütün üzvləri – qazaxlar, belaruslar və qırğızlar Bakıya dəstək ifadə etməyə tələsdilər, Rusiya isə münaqişə tərəflərinə nəsihət verməklə kifayətləndi. Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşdirildiyindən, hərbi qulluqçuları tez bir zamanda döyüş bölgəsinə məcburi yürüş edə və müttəfiqi olan Ermənistan ordusunun köməyinə gələ bilərdilər. Amma bu baş vermədi. İstər Moskva, istərsə də KTMT açıq-aydın azərbaycanpərəst mövqe sərgilədi”, – Arşakyan vurğulayıb.

“Görünən odur ki, ermənilər kimin kim olduğunu artıq anlayıblar və müvafiq nəticələr çıxarıblar. Təsadüfi deyil ki, son rəy sorğusunun nəticələrinə görə ermənilərin ən çox güvəndiyi ölkə məhz Fransa olub. Amma Moskvanın Ermənistandakı beşinci kalonu sakit dayanmır və əbəs yerə cəmiyyəti inandırmağa çalışır ki, ruslardan başqa ermənilərin artıq heç bir müttəfiqi yoxdur və ola da bilməz. Məsələn, “şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan deyir ki, Rusiya ilə həmişəkindən daha çox intensiv işləmək lazımdır. Özüdə bunu  Azərbaycanın mümkün təcavüzünün qarşısını almaq üçün etmək lazımdır. Guya Ermənistanı və “Artsax”ı yalnız Rusiya qoruya bilər, amma indiki hakimiyyətə (Paşinyan –red) görə bunu etmir. Rusların köməyimizə gəlməsi üçün İrəvanda rusiyayönlü hakimiyyət olmalıdır, yəni ya Robik, ya da Serjik”, – Abramyan bildirib. İndiki vəziyyətdə birincinin bərpası şansı praktiki olaraq sıfıra bərabərdir. Bu o deməkdir ki, hakimiyyətdən uzaqlaşdırılan marionetlərinə görə erməni dövlətini qurban verməyə hazır olan Rusiyadan kömək gözləmək olmaz” – erməni analitik deyib.

Arşakyan daha sonra fikirlərini belə davam etdirib: “Məhz Paris və Vaşinqton son vaxtlar bizə yardım əlini uzadıb, nəinki Rusiya. Və görünür, bu il də İrəvanın Qərbə doğru hərəkəti davam edəcək. Ümid edirik ki, 2023-cü ildə düşmənimizə çevrilmiş dünənki “müttəfiqlərimizdən” xilas olacaq, fransız və amerikalıların simasında yenilərini tapacağıq”.

QEYD: Ermənistanın çətin vəziyyətdə və seçim qarşısında olduğu nəinki ermənilərə, həm də bütün dünyaya bəllidir. Amma bu seçim Rusiya və ya ABŞ və Fransa arasında aparılmamalıdır. Bir qucaqdan düşüb digərinə hoppanmaq Ermənistana və ermənilərə heç nə verməyəcək. Rəsmi İrəvan öz öhdəliklərini yerinə yetirmək, sülh imzalamaq və separatçıları Qarabağdan çıxarmaqla düşdüyü çətin durumdan xilas ola bilər. Ermənilər bunu nə qədər tez anlasalar, düşdükləri ağır vəziyyətdən bir o qədər tez çıxa biləcəklər.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*