Moskvadan Ürgəncə (Özbəkistan) uçan təyyarə sərnişinin səhhətinin pisləşməsi səbəbindən Samaradakı Kurumoç hava limanına enmək məcburiyyətində qalıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Samara hava limanının mətbuat xidmətindən məlumat verilib:
“Oktyabrın 19-da saat 05.57-də Moskva-Ürgənc reysi ilə uçan təyyarə sərnişinlərdən birinin səhhətinin pisləşməsi ilə əlaqədar Samarada məcburi eniş edib. Yerdə təyyarəni təcili tibbi yardım maşını qarşılayıb”.
Bildirilib ki, həkimlər sərnişini müayinə edərək Samaradakı xəstəxanalardan birinə aparıblar.
İqbal Rzayev,
KONKRET.az
