Özbəkistanda bir kişi çoxarvadlılığa görə məhkum edildibackend

Özbəkistanda bir kişi çoxarvadlılığa görə məhkum edildi

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, ötən gün Buxara vilayətinin Gicduvan rayon sakini “çoxarvadlılığa” görə bir il müddətinə azadlıqdan məhrum edilib.

Yerli medianın yazdığına görə, rəsmi evliliyinə baxmayaraq, o, 2016-cı ildə dini nikah mərasimi keçirərək Səmərqənddə yaşayan başqa bir qadınla evlənmək qərarına gəlib. Əsas səbəb isə qanuni arvadın xəstələnməsi və oğul övladı dünyaya gətirə bilməməsi olub.

2018-ci ildə ikinci arvad oğul övladı dünyaya gətirib. Məhkəmə zamanı kişi “günahı”nı etiraf edib. Təqsirləndirilən şəxs ikinci evliliyinə baxmayaraq ilk ailəsi və qızları üçün hər cür şərait yaratdığını bildirib.

Qeyd edək ki, Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 126-cı (“Çoxarvadlılıq”) maddəsinə görə məhkəmə onun azadlığını bir il müddətinə məhdudlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*