Özbəkistanda büdcəsi 20 milyon dollar olan tarixi serial çəkiləcək – FOTObackend

Özbəkistan büdcəsi 20 milyon dollar olan tarixi serial çəkiləcək - FOTO

2020-ci ildə Özbəkistanda “Sultan” tarixi televiziya serialının çəkilişlərinə start veriləcək. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun xüsusi müxbiri İldırım Musayev xəbər verir ki, layihə MDB məkanında ən böyük televiziya verilişləri istehsalçısı “Star Media” şirkəti tərəfindən həyata keçiriləcək.

“Sultan” serialının ərasəyə gəlməsi üçün Star Media-nın qurucusu və baş prodüseri Vladislav Ryaşinlə Daşkəndə fransız əsilli amerikalı prodüser Jan Çarles Levi gəlib.

Televiziya serialının çəkilişlərinin Səmərqənd, Buxara və Xivədə baş tutacağı planlaşdırılır. Layihə ingilis dilində olacaq və çəkilişlərdə Hollivudun aktyorlarının iştirakı da nəzərdə tutulub. Serialın əsas mövzusu geosiyasət, güc və sevgi uğrunda mübarizədən bəhs edir.

İlk mövsümün büdcəsi isə 20 milyon dollar olacaq.

İldırım Musayev

Qeyd edək ki, Star Media 2006-cı ildə təsis edilib. MDB-nin ən böyük film şirkətlərindən biri olan Star Medianın əsas istiqamətlərindən biri istehsal etdiyi filmlərin digər ölkələrin bazarlarına paylanmasıdır. Şərqi və Qərbi Avropa, Yaxın Şərq, Çin, Yaponiya, ABŞ, İsrail –və digər 50-dən çox xarici ölkə daim Star Media layihələrinə çıxış imkanı əldə edir.

Bir cavab yazın