Özbəkistanda əcnəbilər miqrasiya qaydalarını pozduğuna görə mühakimə olunmayacaqlarbackend

Özbəkistanda əcnəbilər miqrasiya qaydalarını pozduğuna görə mühakimə olunmayacaqlar

Özbəkistanda artıq əcnəbilər qalma qaydalarını pozduqlarına görə cinayət məsuliyyətinə cəlb olunmayacaqlar

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, parlamentin yuxarı palatası “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Özbəkistan Respublikasında müvəqqəti qalma qaydalarının pozulmasına görə məsuliyyətinin liberallaşdırılması ilə əlaqədar olaraq Özbəkistan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişiklik edilməsi haqqında” qanununu yenidən hazırlayaraq qəbul edib.

Həmin dəyişikliyə görə, 224-cü maddədə əks olunan “Özbəkistan Respublikasında olma qaydalarının pozulması” hissəsi Özbəkistan Cinayət Məcəlləsindən çıxarılıb. Bu hal bu maddədə nəzərdə tutulan cinayətlərin sayının azalması ilə izah olunur.

Qeyd edək ki, Özbəkistanda digər dövlətlərdən fərqli olaraq, qalma qaydalarının pozulmasına, o cümlədən üç ilə qədər həbs cəzasına görə cinayət məsuliyyəti müəyyən edilmişdi. Son üç ildə 76 belə cinayət işi araşdırılıb.

Bundan əlavə, qanunvericilik pasport sisteminin və qalma qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edir. 2016-2018-ci illər ərzində inzibati məsuliyyət daşıyan 18.026 nəfərdən 11997 nəfəri xarici vətəndaşlardır.

Buna görə senatorlar tərəfindən təsdiqlənən qanun, cərimənin ölçüsünün əhəmiyyətli dərəcədə azaldılması şəklində inzibati cəzaları xeyli yaxşılaşdırıb. Xüsusilə vətəndaşların qanun, humanizm və ədalət qarşısında bərabərliyi prinsiplərini həyata keçirmək üçün xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Özbəkistanda olma qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilməsi məsələsi fərqləndirilir, yəni ölkədə qanunsuz qalma şərtlərinin pozulmasına görə təsnif edilir.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Beləliklə, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin respublikadan çıxarılması ilə bağlı məsuliyyətin liberallaşdırılması həyata keçirildi. İndi qalma qaydalarını ilk dəfə pozan şəxs 1 il, ikinci dəfə qanun pozuntusu etsə, üç il müddətinə respublikaya buraxılmayacaq.

Qanun Özbəkistan prezidenti tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.

 

Bir cavab yazın