Əfqanıstan hakimiyyəti Pakistan ordusunun ölkənin üç vilayətinə hava zərbələri endirdiyini açıqlayıb. Hadisə nəticəsində 13 nəfərin öldüyü, onlardan 11-nin uşaq olduğu bildirilir. Daha 14 nəfərin yaralandığı qeyd olunur.
KONKRET.az xəbər verir ki, Əfqanıstanın ali liderinin mətbuat katibi Zabiullah Mücahid X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, “Pakistan ordusu yenidən Əfqanıstanın hava məkanını pozaraq Kunar, Xost və Paktika vilayətlərində mülki şəxslərin evlərini bombalayıb”.
Pakistan rəsmiləri isə hələlik Əfqanıstan ərazisinə zərbələr endirilməsi ilə bağlı rəsmi açıqlama verməyiblər.
Hadisə ilə bağlı əlavə məlumatların dəqiqləşdirildiyi bildirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
