Parça maskalardan istifadəyə dair tələblər açıqlandı – FOTObackend

Parça maskalardan istifadəyə dair tələblər açıqlandı - FOTO

Ev şəraitində hazırlanmış, təkrar istifadə oluna bilən və beləliklə daha qənaitli parça maskalardan istifadə etməklə, virusun yayılma sürətinin qarşısını ala bilərik.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Parça maskadan istifadə qaydalarına dair tələblər aşağıdakılardır:

– Sıx və bir neçə qat parçadan olmalı, üzdə rahat oturmalıdır;

– İplə başın arxasında bağlamaqla və ya rezin halqaları qulağın üstündən keçirməklə bərkitmək lazımdır;

– Rahat nəfəs almağa imkan verməlidir;

-Zədələnmədən və forması dəyişilmədən əllə və ya maşında yuyulub ütülənməlidir.

Parça maskadan istifadə zamanı istifadə ilə bağlı nələri bilməliyik:

– 2 metrlik sosial məsafəni təmin etməklə yanaşı maskadan istifadə edilməlidir;

– Parça maskaların çıxarılması zamanı əl ilə gözə, buruna və ağıza toxunmamalı və maskanı çıxardıqdan dərhal sonra əllər sabunla yuyulmalıdır;

– Həkim və tibb işçilərinin N-95 və digər tibbi maskalara artan ehtiyacı nəzərə alaraq digər dinsanalra parça maskalardan istifadədə üstünlük verilməsi məsləhət görülür;

– Parça maskaları 6 yaşdan az uşaqlar, nəfəs almaqda çətinlik çəkənlər, huşunu istirmiş, halsız və kömək olmadan maskanı çıxara bilməyən adamların taxmaları məsləhət deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*