Partlayış nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya olundubackend

Partlayış nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya olundu

Ağstafa rayon Eynallı kəndində evin çardağında qaynaq işləri görən şəxs bədbəxt hadisə nəticəsində bir ayağını itirib.

KONKRET.az xəbər verir ki, qaynaq aparatının partlaması nəticəsində ağır xəsarət alan, 1971-ci il təvəllüdlü Qabil Tahir oğlu İmamverdiyev xəstəxanaya yerləşdirilib.

Onun bir ayağı cərrahiyyə əməliyyatı ilə amputasiya olunub.

Q.İmamverdiyev həmçinin hadisə nəticəsində yanıq xəsarətləri də alıb.

Hazırda zərərçəkmişin vəziyyəti stabil olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*