Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın əvvəlində Praqada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü müsbət qiymətləndirir.
KONKRET.az-ın məlumatına görə, Paşinyan bildirib ki, görüşlə bağlı onda müsbət təəssürat yaranıb.
“Həm telefon danışıqlarımızı, həm də görüşü müsbət qiymətləndirirəm”, – deyə Paşinyan Ermənistan İctimai Televiziyasının efirində deyib.
Ankaranın Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsini İrəvanla Bakı arasında münasibətlərin normallaşması ilə əlaqələndirməsinə Paşinyan belə münasibət bildirib:
“Biz Azərbaycanla da münasibətləri normallaşdırmaq istəyirik. Mən Ərdoğana bir sıra nüansları təqdim etdim ki, Ermənistan bir sıra məsələlərdə Türkiyənin mövqeyini necə görür və qəbul edir” – deyə Paşinyan fikrini tamamlayıb.
Günel Mikayılova,
KONKRET.az
