Ermənistanın Baş naziri Nikol Paşinyan insanların yoxsul qalmasının əsas səbəbini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Paşinyan bunu onların yoxsul olmamaq vərdişlərinə yiyələnməmələri ilə izah edib.
Onun sözlərinə görə, ölkədə yoxsulluq probleminin mövcudluğu iş yerlərinin olub-olmaması ilə deyil, insanların düşüncə və bacarıqları ilə bağlıdır.
Paşinyan əlavə edib ki, yoxsulluqla mübarizə üçün ilk növbədə bu psixoloji və davranış modelini dəyişmək lazımdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
