Paşinyan HİDDƏTLƏNİB: Tonoyan Azərbaycan və Pakistanla bağlı elə şeylər dedi ki…backend

Paşinyan HİDDƏTLƏNİB: Tonoyan Azərbaycan və Pakistanla bağlı elə şeylər dedi ki...

Çiçəklənən Ermənistan Partiyası liderinin mətbuat katibi İveta Tonoyan Nikol Paşinyanı xarici siyasətlə bağlı açıqlamalarına görə tənqid edib.

KONKRET.az-ın xəbərinə görə, Tonoyan bildirib ki, Qaqik Tsarukyan Pakistanı ABŞ, Rusiya və Çin kimi ölkələrlə birlikdə mümkün sülh təminatçılarından biri kimi qeyd edib.

Onun sözlərinə görə, Pakistan regionda təsir imkanlarına malik nüvə dövlətidir və Azərbaycanla gözəl əlaqələri var.

O vurğulayıb ki, Ermənistanın əsas prioriteti təhlükəsizlik olmalı və bunun üçün bütün diplomatik imkanlardan istifadə edilməlidir.

“Bizim üçün diplomatiya avantürizm deyil”, — deyə Tonoyan vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*