“Paşinyan KTMT-dən Azərbaycana qarşı istifadə EDƏ BİLMƏDİ” – “Hraparak”backend

"Paşinyan KTMT-dən Azərbaycana qarşı istifadə EDƏ BİLMƏDİ" - “Hraparak

“Putin çıxışında Paşinyana cavab verdi”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır. Qəzet bildirir ki, Nikol Paşinyan dünən KTMT iclasına tənqidlə başlayıb.

“Ermənistan KTMT-də sədrliyini başa çatdırır. Yubiley ili olsa da, Ermənistan üçün heç də yubiley deyildi. İki il ərzində KTMT-yə üzv dövlət Azərbaycan tərəfindən ən azı üç dəfə hücuma məruz qalıb. Və biz faktiki olaraq hələ də həmin təcavüzlə bağlı KTMT-dən heç bir cavab almamışıq. Bu, KTMT-nin imicinə böyük zərbədir”, – Paşinyan deyib.

O, bunu “Ermənistanın sədrliyinin ən böyük uğursuzluğu” adlandırıb.

Daha sonra Rusiya Prezidenti çıxış edib.  Putin ona belə cavab verib: “Ümid edirik ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkün olacaq”.

Yəni Paşinyan KTMT-dən Azərbaycana qarşı istifadə edə bilməyəcək”, – deyə qəzet yazır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*