Paşinyan Mişellə Qarabağı MÜZAKİRƏ ETDİbackend

Paşinyan Mişellə Qarabağı MÜZAKİRƏ ETDİ

Fransanın paytaxtı Parisdə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında qeyri-rəsmi görüş keçirilib.

KONKRET.az  “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

Bildirilir ki, tərəflər görüş zamanı Qarabağdakı vəziyyəti, eləcə də Ermənistan-Aİ əməkdaşlığına dair məsələləri müzakirə ediblər.

Xatırladaq ki, Paşinyan martın 9-u Parisə səfər edib. O, səfər çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşəcək və “Ambisiya: Ermənistan-Fransa” forumunda iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*