Paşinyan Moskvaya gedəcək – ƏTRAFLIbackend

Paşinyan Moskvaya gedəcək - ƏTRAFLI

Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Joxovurd” bildirib.

Məlumata görə, aprelin 7-də Nikol Paşinyan Moskvaya işgüzar səfər edəcək və bu ziyarət çərçivəsində onun Vladimir Putinlə görüşü planlaşdırılıb.

Qəzet bu informasiyanı Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyanla dəqiqləşdirməyə cəhd göstərib, ancaq o cavabında bildirib: “Biz bununla bağlı KİV-i məlumatlandıracağıq”.

Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra bu onlar arasında ikinci görüş olacaq.

44 günlük döyüşlərdən sonra birinci dəfə onlar yanvarın 11-də görüşüblər. Görüş üçtərəfli formatda baş tutub və həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. /Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*