Paşinyan Papikyana QARŞI: Müdafiə Nazirliyində YOXLAMALAR BAŞLADIbackend

Paşinyan Papikyana QARŞI: Müdafiə Nazirliyində YOXLAMALAR BAŞLADI

Ermənistan Müdafiə Nazirliyində yoxlamalar başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzet məlumat yayıb. Qəzet yazır ki, Dövlət Nəzarəti Xidməti Müdafiə Nazirliyində yoxlamalar aparır.

Nəşrin mənbələrinin məlumatına görə, Baş nazir Nikol Paşinyan Dövlət Nəzarəti Xidmətinə konkret sahələri diqqətlə öyrənmək üçün aydın tapşırıqlar verib.

“Bizə dedilər ki, artıq bir neçə sahədə yoxlamalar başlayıb. DNX əməkdaşları yeni nazirin dövründə idarənin fəaliyyətinin nə dərəcədə dəyişdiyini başa düşmək üçün Ermənistan müdafiə idarəsinin sənədlərini vərəqləyir, müxtəlif müqavilələri, köçürmələri öyrənirlər.

Xatırladaq ki, Ermənistanın müdafiə naziri Suren Papikyana qarşı öz komandasında intriqalar var, Paşinyana bəzən yalan məlumatlar verir.

Suren Papikyana qarşı kampaniyanın bir hissəsini parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Koçaryan təşkil edir və ona nəzarət edir”, – deyə qəzet yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*