Paşinyan: “Qoy Qarabağ taleyini özü müəyyənləşdirsin”backend

Paşinyan: "Qoy Qarabağ taleyini özü müəyyənləşdirsin"

Paşinyan deyib ki, qoy Qarabağ taleyini özü müəyyənləşdirsin, Ermənistana ümid olmasın.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti yazır. Qəzet Paşinyanın Qarabağdan gələn separatçılar ilə görüşünün bəzi təfərrüatlarından xəbərdar olub.

“Xüsusən də mənbəyə görə, Paşinyan deyib ki, Qarabağ öz “xarici siyasəti”ni özü həll etməlidir və Ermənistana ümid bağlamamalıdır.

Eyni zamanda, hər cür dəstək verəcəklərini, o cümlədən maliyyə problemləri ilə üzləşməməyə kömək edəcəklərini vurğulayıb.

Bir sözlə, Qarabağı belə bir vəziyyətə gətirən Nikol, nəhayət, onu tək qoymaq qərarına gəlib. Bunun üçün o, gələcəkdə məhkəmədə cavab verəcək”, – deyə qəzet yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*