Nikol Paşinyan Rusiya Baş nazirinin müavini, Ermənistan və Azərbaycan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilən Üçtərəfli İşçi Qrupunun rusiyalı həmsədri Aleksey Overçukla görüşüb.
KONKRET.az xəbər verir ki, tərəflər Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpası perspektivlərini, habelə Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin üçtərəfli İşçi Qrupunun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan və Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin də iştirak edib.
Xatırladaq ki, A.Overçuk İrəvandan əvvəl Bakıda səfərdə olub.
