Paşinyan ŞAD XƏBƏRİ VERDİ: Yerasx-Naxçıvan dəmir yolu bu tarixdə AÇILACAQbackend

Paşinyan ŞAD XƏBƏRİ VERDİ: Yerasx-Naxçıvan dəmir yolu bu tarixdə AÇILACAQ

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim edərkən bildirib ki, TRIPP (“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) layihəsi çərçivəsində işlər artıq 2026-cı ildə start götürəcək.

KONKRET.az xəbər verir ki, ilkin mərhələdə ən sürətli nəticə elektrik ötürücü xətlərinin istismara verilməsi ilə bağlı olacaq.

Paşinyan qeyd edib ki, dəmir yolu xətlərinin bərpası isə təxminən bir ildən bir il yarıma qədər vaxt apara bilər.

Baş nazir vurğulayıb ki, layihənin həyata keçirilməsi regionda iqtisadi əlaqələrin genişlənməsinə və nəqliyyat infrastrukturunun inkişafına töhfə verəcək.

Müşviq Tofqioğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*