Paşinyan söz verdi: İstefaya gedəcəm – Ermənistanda nə baş verir?backend

Paşinyan söz verdi: İstefaya gedəcəm – Ermənistanda nə baş verir?

Ermənistanın Baş naziri Nikol Paşinyan xalqın tələbi ilə vəzifəsindən gedəcəyini açıqlayıb.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, o, bu açıqlamanı İrəvanda keçirilən seçki kampaniyası zamanı verib.

“Əgər 700 min nəfər, yəni seçicilərin 50 faizdən çoxu qal desə, o zaman Nikol davam edəcək. Əgər xalq get desə, istefa verəcəm. Nikol xalqın xidmətçisidir”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Paşinyan İrəvanın Avan rayonuna səfər edib və orada “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələri ilə birlikdə təşviqat materialları paylayıb. Sakinləri 7 iyuna təyin olunan parlament seçkilərində iştirak etməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*