Paşinyana babasından QULAQBURMA – Ermənistan Rusiyaya verilir?backend

Paşinyana babasından QULAQBURMA - Ermənistan Rusiyaya verilir?

Daha əvvəl də xəbər verdiyimiz kimi, Nikolu 2018-ci ildə hakimiyyətə gətirən Soros Fondu Ermənistanda fəaliyyətini dayandırır. Niyə?

  • – Paşinyan hökuməti missiyalarını tam yerinə yetirə bilməyib;
    – Rusiya hələ də İrəvanda at oynadır;
    – Paşinyan Amerikanın sülh təklifini Rusiya variantı ilə əvəzləməyə yaxındır;
    – İrəvan ABŞ və Britaniya ilə ədavətə çevriləcək rəqabət aparan Fransanın qucağına keçib;

KONKRET.az xəbər verir ki, Ermənistanda amerikan diplomatların sayı azalsa, bu, ingilislərin əlini ermənilərin üzərindən çəkməsi anlamına gələcək. Növbəti niyə?

– Bu yalnız o halda baş verə bilər ki, Rusiya Ukraynada məğlub olduğunu elan etsin və Krımdan çıxsın;
– Belə olan halda Qərb müəyyən dövr üçün Ermənistanı Kremlə qaytara bilər;
– Lakin Putinin son nüvə xəbərdarlıqları, ilin adamı seçilmiş Zelenskinin Rusiya ilə danışıqlara getməyəcəyini bəyan etməsi sadalanan ehtimalı boşa çıxarır;
– Soros Fondunun bağlanma xəbəri İrəvanın Britaniya lojasından, Fransa massonlarının kurasiyasına keçidi kimi də qiymətləndirilir;
– Bu qərar Ermənistana xəbərdarlıq mahiyyəti də daşıya bilər ki, “Nikol, özünü yığışdır”.

Sonda bir məsələyə aydınlıq gətirək ki, Pekindən Londona uzanan “bir yol, bir kəmər” layihəsinin keçəcəyi dəhlizlərin heç biri Rusiya və Fransaya verilməyəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*