“5 ildir ki, idarə edirsiniz, görmürsünüz ki, bacarmırsınız?”
KONKRET.az xəbər verir ki, bu sualla Ermənistanın baş naziri Nikol Paşinyana Berlindəki erməni icmasının nümayəndəsi müraciət edib.
“Müharibədən sonra Ermənistanda insan və ərazi itkiləri davam edir. Bu nə vaxta qədər davam edəcək?”, – deyə müraciətdə qeyd olunur.
Paşinyan isə cavabında sadəcə istefaya getməyəcəyini bəyan edib.
“Çünki bir vaxtlar bunu etdim, amma xalq məni yenidən seçdi”, – deyə o bildirib.
Günel Mikayılova,
KONKRET.az
