Paşinyandan Rusiyaya AĞIR ZƏRBƏ: “İrəvan Moskvaya qarşı bu addımı dəstəklədi, Bakı və Təl-Əviv isə…”backend

Paşinyandan Rusiyaya AĞIR ZƏRBƏ: "İrəvan Moskvaya qarşı bu addımı dəstəklədi, Bakı və Təl-Əviv isə..."

Ermənistan BMT-nin Rusiyaya qarşı ittihamlardan ibarət qətnaməsini dəstəkləyib.

KONKRET.az xəbər verir ki, Ermənistan BMT Baş Assambleyasının Rusiyaya qarşı ittihamları ehtiva edən qətnaməsinə səs verib.

Doqquz ölkə, o cümlədən ABŞ bu qətnamənin əleyhinə olub.

“Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq” adlı sənədin lehinə 105, əleyhinə 9 ölkə, o cümlədən ABŞ səs verib. 33 ölkə bitərəf olub. Bununla da qətnamə qəbul edilib. Lakin Azərbaycan və İsrail səsvermədə iştirak etməyib.

Qətnamənin preambulasında xüsusilə “Rusiyanın Ukrayna və Gürcüstana təcavüzündən” bəhs edilir. Qətnamədə həmçinin “Rusiyanın Ukraynaya təcavüz cinayəti üzrə xüsusi tribunalın yaradılması” təklif olunur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*