Ermənistan Baş nazirinin arvadı Anna Akopyan qadın dəstəsinin döyüşlərdə iştirak etməyə hazır olduğunu söyləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “Arqumentı nedeli” nəşri məlumat yayıb. Məlumatda deyilir ki, Anna Akopyan hərbi təlim keçdiyi qadın dəstəsinin Qarabağda döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olduğunu açıqlayıb. Akopyan məşqlərdən fotoşəkillər yayımlayıb. Dəstə “erməni kraliçası” Eratonun adını daşıyır. Təlim 10 gün davam edib.
Qeyd: 10 günə erməni gözəlçələri hərbi sirrlərə yiyələnibsə, onda daş düşdü Ermənistan ordusunun başına. Necə ki, düşüb. 10 günə erməni gözəlçələri olsa-olsa soyunub-geyinməyi öyrənə bilər. Buna isə Azərbaycan əsgərinin ehtiyacı yoxdur. Çünki Akopyanın gözəlçələri Qarabağa yola çıxana qədər Azərbaycan əsgəri erməni işğalçılarını Gorusdan o tərəfə qovub ötürəcək.
Surxay Atakişiyev,
KONKRET.az