“Paşinyanın bu suala hansı cavabı verəcəyi maraqlıdır” – Anna Karapetyanbackend

“Paşinyanın bu suala hansı cavabı verəcəyi maraqlıdır” - Anna Karapetyan

“Paşinyan nə etdiyini başa düşmür. Doğrudur, o, Azərbaycanın tələblərini yerinə yetirməklə problemin tam həllini tapmadığını anlayır. Lakin o hesablayırmı ki, bu proses ikitərəfli deyil, xarici aktorların iştirakı ilə baş verir?!”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Hayatsk” Analitik Mərkəzinin direktoru Anna Karapetyan bildirib.

O daha sonra fikirlərini belə davam etdirib: “Güman etmək olar ki, Paşinyan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı Türkiyə və Azərbaycanın bu tələbini yerinə yetirəcəyi təqdirdə Qərbin Ermənistanı qorumaq üçün addımlar ata biləcəyinə ümid edir. Ancaq reallıq başqadır. Yəni əsl reallıq odur ki, Qərb Ermənistanı müdafiə edib-etməmək barədə heç düşünmür də. Ona görə də Qərbdən hər hansı əməli addım gözləmək mənasızdır”.

Anna Karapetyan bildirib ki, Ermənistan Konstitusiyanı dəyişəndən sonra Qərb növbəti sualını verəcək: “Rusiyanın 102-ci hərbi bazası niyə Ermənistanda qalmalıdır? Bu, Qərb üçün gündəm məsələsidir. Bax onda Nikolun nə cavab verəcəyini düşünmək lazımdır. Avropa Ermənistanda Rusiyanın təsirini neytrallaşdırmaq istəyir. Belə olan halda Qərb regionda əsas rolu Türkiyəyə verəcək. Bu isə Ermənistanın sonu deməkdir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*