“Paşinyanın damarlarından türk qanı axır” – Aşot Andreasyanbackend

“Paşinyanın damarlarından türk qanı axır” - Aşot Andreasyan

“Nikol Paşinyan xroniki yalançı, saxta vətənpərvər, xalqı hər an nəyəsə görə aldadan fırıldaqçıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni siyasətçi Aşot Andreasyan bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyan Müstəqillik Bəyannaməsini, Konstitusiyanı şübhə altına alır:

“Onun psixi problemləri var, problem onun başındadır, çünki o, hər şeyi sıfırdan başlamaq istəyir. Bu o deməkdir ki, ondan əvvəl mövcud olanları ləğv edir. Nikol Paşinyan Əliyevin tələblərini yerinə yetirmir, onunla əməkdaşlıq edərək öz planını həyata keçirir. Mənim üçün o, erməni deyil, damarlarından türk qanı axır, bu qədər qurbana, müharibə yolu ilə qazanılan müstəqilliyə ancaq türk “yox” deyə bilər”.

Onun fikrincə, Ermənistan Konstitusiyanı dəyişdirməklə belə sülh əldə etməyəcək: “İndiki hakimiyyətin ermənilərə və milli ideyalarımıza, ənənəvi yanaşmalarımıza heç bir aidiyyatı yoxdur və hakimiyyət Konstitusiyanı dəyişdirməklə nəyin bahasına olursa olsun, istədiyinə nail olmaq istəyir. Onlar kreslolarını saxlamaq istəyirlər. Vətənimizi satmaq bahasına da olsa, hər şeyə hazırdırlar”.

A.Andreasyan daha sonra bildirib: “Bu gün müxtəlif mənbələrdən oxudum ki, Nikol Paşinyanın reytinqi aşağı düşüb. Hesab edirəm ki, bu “utka”nın gündəmə gətirilməsi və ya Konstitusiyanın dəyişdirilməsi üçün növbədənkənar seçkilərin keçirilməsi o deməkdir ki, Nikol Paşinyan xalqı növbəti dəfə aldadaraq öz hakimiyyətini beş il ərzində möhkəmləndirmək istəyir. Amma əminəm ki, Nikol Paşinyan bunu bacarmayacaq, çünki ermənilər Nikola onun bütün əməllərindən sonra dözə bilmirlər. O, hamımıza, vətənimizə pislik etdi, kiminsə evinə girdi. Nikol hakimiyyətə gəlib nəsə edə bilməyən “axmaq” erməni deyil, ölkəmizi türklərə təslim etməyi planlaşdıran hiyləgər adamdır”.

Onun fikrincə, Nikoldan ancaq hakimiyyət dəyişikliyi ilə qurtulmaq olar: “Hazırda hakimiyyət dəyişikliyinin hansı yolla baş verəcəyini söyləmək isə çətindir”.

Küçə mübarizəsinin bərpası baxımından isə Aşot Andreasyan bildirib ki, mübarizə dayanmayıb:

“Hakimiyyətə vətənpərvər, diplomatik təhsili olan, dünyanın fövqəlgücləri, nüfuzlu simaları tərəfindən hörmət edilən lider gəlsə, heç olmasa status-kvonu bərpa etmək və bu vəziyyətdən çıxmaq olar”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*