Paşinyanın partiyası xalqdan oğurluq edib? – Aruşanyan AÇIQLADIbackend

Paşinyanın partiyası xalqdan oğurluq edib? - Aruşanyan AÇIQLADI

“Hakimiyyətdə olan “Mülki Müqavilə” Partiyası heç vaxt “xalqdan oğurluq”la məşğul olmayıb və ya Ağsaqqallar Şurasının üzvlərini öz tərəfinə çəkməyib.”

KONKRET.az xəbər verir ki, bu barədə Şirak vilayətinin qubernatoru David Aruşanyan aprelin 10-da hökumətdə keçirdiyi brifinqdə deyib.

O, Ermənistanın ikinci böyük şəhəri Gümrüdə Ağsaqqallar Şurasına keçirilən seçkilərin nəticələrini şərh edib.

Onun sözlərinə görə, seçkilər Ermənistanda qüvvədə olan qanunvericilik çərçivəsində baş tutub.

“Bəzi namizədlər seçki kampaniyası zamanı aldıqları səslərin başqa siyasi qüvvələrə verilməyəcəyini bildirərkən Gümrü sakinlərini aldadıb və onları çaşdırıblar”, – Aruşanyan vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*