Paşinyanın tərəfdaşı: “Rusiya vasitəçi ola bilməz”backend

Paşinyanın tərəfdaşı: "Rusiya vasitəçi ola bilməz"

Şəxsən mən hesab edirəm ki, Rusiya təkbaşına vasitəçi ola bilməz.

KONKRET.az xəbər verir ki, bunu NEWS.am-ın müxbirinə müsahibəsində hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Ovik Ağazaryan “Ermənistan-Azərbaycan danışıqlarında Rusiyanın vasitəçiliyinin indiki mərhələdə hakimiyyət üçün arzuolunandırmı?” sualına cavab verərkən deyib.

“Bu, mənim şəxsi nöqteyi-nəzərimdir, komandanın nöqteyi-nəzəri deyil ki, Rusiya Ermənistanla Azərbaycan arasında vasitəçi olmalıdır, başqa heç kim. Mən hesab edirəm ki, bu, yanlış və yersizdir, çünki Rusiya Federasiyası bir çox hallarda vasitəçi kimi çıxış edir.

Qərb təkcə Ermənistanın tərəfini tutmur, daha obyektivdir, ona görə də onların vasitəçiliyi daha məqbuldur, Rusiyanın vasitəçiliyi isə subyektivdir, çünki o, praktiki olaraq tərəfdir. Xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı”, – deyə Ağazaryan bildirib.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*