PAST: “İndiki hakimiyyət cəmiyyəti “zəbt etmək” üçün yeni imitasiya yaratmağa çalışır”backend

PAST: “İndiki hakimiyyət cəmiyyəti “zəbt etmək” üçün yeni imitasiya yaratmağa çalışır”

“İndiki hakimiyyət daha bir tamaşa qurmaq, cəmiyyəti “zəbt etmək” üçün yeni imitasiya yaratmağa çalışır”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazıb. Məlumatda deyilir ki, Ermənistan hakimiyyəti bu dəfə  44 günlük müharibənin nəticələrini araşdıran istintaq komissiyasının hesabına “xəbər” yaymağa çalışır.

Nəşrin yazdığına görə, komissiyaya müharibənin nəticələri ilə yanaşı, Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin təfərrüatlarını və riskli epizodlarını “araşdırmaq” və gələcəkdə onu təqdim etmək üçün xüsusi tapşırıq verilib.

Qəzetin mənbəsinin məlumatına görə, komissiyaya qeydə alınan uğursuzluqların təkcə hərbi deyil, həm də siyasi və diplomatik səbəbləri öyrənmək tapşırılıb.

“Bütün bunlar yalnız tendensiya çərçivəsində həyata keçiriləcək. Yeri gəlmişkən, bir sıra sabiq dövlət məmurlarının sadəcə olaraq bu hakimiyyətin başlatdığı proseslərlə hansısa formada əlaqələndirilməkdən və öz peşəkar fikirlərini bildirməkdən imtina etdiklərinə dair sübutlar var. Kifayət qədər tanınmış  bir çox diplomatlar və beynəlxalq hüquq mütəxəssisləri də eyni şeyi edirlər” – qəzet yazıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*