“Əfqanıstandakı vəziyyət oradan qaçqınların Mərkəzi Asiyaya köçməsinə və terrorçuların onlarla birlikdə MDB-yə daxil olmasına səbəb ola bilər”.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Əfqanıstandakı həmkarları ilə görüşündə deyib.
O, Əfqanıstandakı iqtisadi böhran fonunda miqrasiya vəziyyətinin ciddi şəkildə pisləşməsi risklərinin olduğuna diqqət çəkib.
Belə ki, 2021-ci ilin avqustunda Taliban hakimiyyəti ələ keçirdikdən sonra əfqanların xaricə kütləvi axını başlayıb.
“Qaçqınlar təkcə miqrantların 80%-dən çoxunu qəbul edən İran və Pakistana deyil, həm də Mərkəzi Asiya dövlətlərinə doğru hərəkət etməsi riski var. Beynəlxalq terror təşkilatlarının üzvləri bu gün Əfqanıstan torpaqlarından özlərini rahat hiss etdikləri ölkələrimizə daxil olurlar”, – Patruşev xəbərdarlıq edib.
İqbal Rzayev,
KONKRET.az
