Paytaxtda 6 nəfər liftdə qaldıbackend

Paytaxtda 6 nəfər liftdə qaldı

Bakıda altı nəfər liftdə köməksiz qalıb.

KONKRET.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Bildirilib ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Binəqədi, Yasamal, Nərimanov və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı beş müraciət daxil olub.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən altı nəfərin liftdən çıxarılması təmin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*