Qazaxıstanda qazın qiymətinin artması səbəbilə iki gündür başlayan aksiyalar səngimir.
KONKRET.azQazaxıstan mətbuatına istinadən xəbər verir ki paytaxt Nur-Sultanda da fövqəladə vəziyyət elan edilib.
Bu barədə ölkə Prezidenti Kasım-Jomard Tokayev fərman imzalayıb.
Məlumata görə, fövqəladə vəziyyət yanvarın 5-dən 19-dək davam edəcək.
Xatırladaq ki, bundan əvvəl Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib.
