Pekində “Omikron” ştamına ilk yoluxma faktı qeydə alındıbackend

Pekində "Omikron" ştamına ilk yoluxma faktı qeydə alındı

Çinin paytaxtı Pekin şəhərində koronavirusun “Omikron” ştamına ilk yoluxma halı qeydə alınıb.

KONKRET.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin açıqlamasında deyilir.

Qeyd olunur ki, yoluxmuş şəxs şəhərin şimal-qərbindəki Haydian rayonunda aşkarlanıb.

Xatırladaq ki, ötən ilin dekabrın 13-də Çində “Omikron” ştamına ilk yoluxma halı Pekindən 150 km aralıda yerləşən Tyantszin şəhərində qeydə alınıb. Yoluxmuş şəxs ölkəyə dekabrın 9-da xaricdən gəlib.

Qeyd edək ki, yanvarın əvvəlində Çin Xarici İşlər Nazirliyi dünyada “Omikron” ştamının sürətlə yayılmasına baxmayaraq, Pekində Qış Olimpiya Oyunlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib. XXIV Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində, Paralimpiya oyunları isə martın 4-dən 13-dək keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*