Bəzi qidaları pendirlə birgə yemək zərərli ola bilər.
KONKRET.az xəbər verir ki, bu barədə dietoloqlar xəbərdarlıq edib.
Hansı məhsulların pendirlə birləşdirilməsi tövsiyə edilmir?
- Pendiri kolbasa ilə birləşdirə bilməzsiniz. Hər iki qidada yağ çox olur. Kolbasa ilə pendir yemək mədəaltı vəzə zərər verir və aterosklerozun inkişafına kömək edir
- Pendiri spirtlə birləşdirməməlisiniz, çünki həzm problemləri yaradır;
- Eyni səbəbdən pendiri şirniyyatla yemək məsləhət görülmür.
- Bundan əlavə, qidalanma mütəxəssisləri pendiri sitrus meyvələri ilə birləşdirməyi məsləhət görmürlər. Onların tərkibindəki turşu pendirin yumşalmasına səbəb ola bilər.
