Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb.
DSMF-dən verilən KONKRET.az-a məlumata görə, bundan əvvəl – sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

11 aydır ki, həyat yolfaşım xəstəliklə əlaqədar 5 ayın bülletin pulunu ala bilmir. Belə ki,Yasamal Təhsil İdarəsi 56 dəfə DSMF-yə müraciyət edib və onlarda dəqiqləşdirmək üçün geri qaytarıb. Burda vətəndaşın günahı nədir?