Pentaqon rabitə sisteminin sındırılmasını araşdırırbackend

Pentaqon rabitə sisteminin sındırılmasını araşdırır

Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin 17 obyektində rabitə sistemlərinin sındırılmasını araşdırır.

KONKRET.az bu barədə “Forbes” jurnalına istinadən xəbər verir.

Belə ki, Pentaqonun mühəndislərindən biri ABŞ HHQ-nin 17 obyektindəki rabitə sistemini sındırıb. Söhbət Tennessi ştatındakı Arnold Hərbi Hava Qüvvələri bazasında işləyən bir işçidən gedir.

Nəşrin məlumatına görə, 48 yaşlı mühəndis dövlət radiotexnikasını öz istifadəsi üçün oğurlayıb. Onun oğurladığı müvafiq avadanlıqların dəyəri təxminən 90 min dollar olub.

Qeyd olunur ki, axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları mühəndisin Hava Təlim Komandanlığının istifadə etdiyi radiotexnologiyalara icazəsiz girişi olduğunu aşkar ediblər.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*