Pentaqon yeni F-35-lərin tədarükünü dayandırdı – SƏBƏBbackend

Pentaqon yeni F-35-lərin tədarükünü dayandırdı - SƏBƏB

Pentaqon “Lockheed Martin Corp”un F-35 təyyarələrinin tədarükünü müvəqqəti olaraq dayandırıb.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Rassel Qomare bildirib.

Buna səbəb qırıcının mühərriklərində istifadə edilən maqnitin Çin materiallarından hazırlanması olub.

Eyni zamanda ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, tərkibində Çin ərintisi olan maqnit təhlükəsizlik problemi yaratmır.

“Biz təsdiq etdik ki, maqnit məlumat ötürmür və bu problemlə bağlı heç bir keyfiyyət, təhlükəsizlik riskləri yoxdur”, – deyə telekanal hərbçinin sözlərindən sitat gətirib.

Pentaqon bildirib ki, “Lockheed Martin” artıq gələcək tədarüklər üçün alternativ mənbə tapıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*