Peruda keçmiş prezident Pedro Kastillo Konqresi buraxmağa cəhd etməkdə ittiham olunaraq 11 il 6 ay həbs cəzası aldı.
KONKRET.az xəbər verir ki, ondan cəmi bir gün əvvəl keçmiş prezident Martin Vizcarra korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilmişdi.
Kastillo məhkəmədə bildirib ki, onun Konqresi buraxacağını elan etdiyi milli televiziya çıxışı “rəsmi qərar deyil, siyasi çıxış” olub. Keçmiş lider həmçinin çıxışdan dərhal sonra Meksika səfirliyinə getməyə çalışması ilə bağlı iddiaları rədd edərək, yalnız ailəsini aparmağı planlaşdırdığını və sığınacaq istəmədiyini deyib.
Ağagül Mürsəlov,
KONKRET.az
