Peskov Putinlə Paşinyanın danışıqlarının mövzularını açıqladıbackend

Peskov Putinlə Paşinyanın danışıqlarının mövzularını açıqladı

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada keçiriləcək qarşıdakı danışıqlarının əsas mövzuları Ermənistanın bundan sonrakı inkişafı, onun xarici siyasi oriyentasiyası və bu məsələ ilə bağlı referendumun keçirilməsi olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, görüşün dəqiq tarixləri hələ ki razılaşdırma mərhələsindədir.

Peskov həmçinin xatırladıb ki, iki ölkə liderlərinin Bişkekdəki görüşü zamanı ikitərəfli ticarət-iqtisadi əməkdaşlığa aid konkret məsələlər müəyyən edilmişdi. (Mənbə: “İnterfaks”)

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*