Pişiyin quyruğunu kəsib pəncərədən asdılar – Türkiyədə hər kəs bu hadisədən danışırbackend

Pişiyin quyruğunu kəsib pəncərədən asdılar - Türkiyədə hər kəs bu hadisədən danışır

Türkiyədə hər kəs bu vəhşilikdən danışır.

KONKRET.az xəbər verir ki, Muğlanın Milas rayonunda bir iş mərkəzində pişiyin quyruğunun kəsilərək pəncərədən asılması heyvansevərləri qəzəbləndirib.

Hadisə Milas rayonunun Güllük məhəlləsindəki iş mərkəzində baş verib. Naməlum şəxs və ya şəxslərin biznes mərkəzində yaşayan sahibsiz pişiyin quyruğunu kəsərək küçəyə baxan pəncərədən asması heyvansevərlərin reaksiyasına səbəb olub.

Heyvansevərlərdən Tuna Kəskin bildirib ki, “Bu pişiyin balaları var idi. Pişiyi quyruqsuz görəndə şoka düşdük. Qısa araşdırma zamanı kəsildiyini görəndə şok olduq. Bunu edənlərin tapılıb cəzalandırılmasını istəyirik, bu vəhşilikdir!”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*