Piyadaları vuran azərbaycanlı reper saxlanıldıbackend

Piyadaları vuran azərbaycanlı reper saxlanıldı

Rusiyanın Taqansk Rayon Məhkəməsi tərəfindən Moskvanın mərkəzində yol-nəqliyyat hadisəsi törətmiş azərbaycanlı reper Elmin Quliyev barəsində iki ay – noyabrın 21-ə kimi həbs qəti imkan tədbiri seçilib.

KONKRET.az xəbər verir ki, E.Quliyev məhkəmədə təqsirini etiraf edib. O, bildirib ki, musiqidən əldə etdiyi gəlirdən zərərçəkənlərə təzminat ödəməyə hazırdır. Müdafiə tərəfi hakimdən reperi ev dustaqlığı şərti ilə azadlığa buraxmağı xahiş edib, lakin məhkəmə bu vəsatəti rədd edib. redaktor.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*