PKK/YPG terror təşkilatı Suriyanın Əl-Bab şəhərində mülki şəxslərə qarşı hücum təşkil edib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Əl-Babın mərkəzində quraşdırılmış bombanın partladılması nəticəsində azı 11 mülki şəxs yaralanıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
Hücumun iftar vaxtı həyata keçirildiyi qeyd edilib.