Polis avtomobil fırıldaqçılarını ələ keçirdi – 100 milyon zərərbackend

Polis avtomobil fırıldaqçılarını ələ keçirdi - 100 milyon zərər

Rusiyada polis əməkdaşları vətəndaşlara 100 milyon rubl zərər verən avtomobil fırıldaqçılarını tutub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.

Nazirliyin məlumatına görə, fırıldaqçıların hiyləsindən 300-dən artıq insan xəsarət alıb. Cinayətkarlar Moskva, Belqorod, Oryol və Kursk şəhərlərində 2017-ci ildən fəaliyyət göstərmişlər.

Dələduzlar bir neçə hüquqi şəxsi qeydiyyatdan keçirmiş və avtosalonların təşkil olunduğu binaları icarəyə götürmüşlər. Onlar müştərilərdən tez və sərfəli şərtlərlə satmaq üçün maşın alıblar. Lakin onlar öz öhdəliklərini yerinə yetirməyiblər.

Nəticədə, vətəndaşlar avtomobillərini və pullarını itiriblər. Vurulan zərərin məbləği 100 milyon rubldan çoxdur.

“Dələduzluq” maddəsi ilə cinayət işi açılıb. Altı nəfər həbs olunub, daha iki nəfər isə axtarışa verilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*