Azərbaycanda ehtiyatda olan polis polkovniki vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, uzun illər daxili işlər orqanlarında çalışmış polis polkovniki Zakir Abdullayev bu gün Abşeron rayonunun Mehtiabad qəsəbəsində dünyasını dəyişib.//Pravda.az

