Polşa prezidentinin təyyarəsi eniş edə bilmədibackend

Polşa prezidentinin təyyarəsi eniş edə bilmədi

Polşa prezidenti Anjey Dudanın olduğu təyyarə bir neçə dəfə Qdinyaya enməyə cəhd etsə  də, hava şəraiti səbəbindən bunu edə bilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Sever məlumat verib.

Cümə axşamı dövlət başçısı Qdinyadakı dəniz əməliyyatları mərkəzinə və 3-cü gəmi flotiliyasına baş çəkməli idi.

“Qdinyadakı Kosakovo hava limanında hava şəraiti çox pisləşib”, – deyə Sever bildirib.

Onun sözlərinə görə, dörd enişdən sonra pilotun qərarı ilə təyyarə Varşavaya qayıdıb.

Milli Təhlükəsizlik Bürosunun məlumatına görə, Duda Rusiya Hərbi Dəniz Qüvvələrinin başlayan təlimləri də daxil olmaqla, Baltik dənizində mövcud vəziyyətin qiymətləndirilməsi ilə tanış olmalı idi .

Polşa prezidentinin bu səfəri yaxın vaxtlarda edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*