Bu gecə Rusiya şəhərlərimizə raketlər, dronlar və aviabombalarla hücum edib. Poltavada yaşayış binası dağıdılıb, 10 nəfər yaralanıb, 3 nəfər həlak olub. Zərərçəkənlər Xarkov, Sumı, Odessa, Zaporojye və digər bölgələrdə də var.
KONKRET.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O qeyd edib ki, Ukraynanın daha çox müdafiə dəstəyinə ehtiyacı var.
Zelenski tərəfdaşları razılaşmalara əməl etməyə və Rusiyaya təzyiqi artırmağa çağırıb, hər bir hava hücumundan müdafiə sisteminin insan həyatını xilas etdiyini vurğulayıb.