Pomidor niyə ucuz alınır və baha satılır? — VİDEObackend

Pomidor niyə ucuz alınır və baha satılır? — VİDEO

Saatlıda fermerlər pomidor sahələrindən bol məhsul əldə etsələr də, qiymətlərin aşağı olması onları qane etmir. Nəticədə tonlarla məhsul sahələrdə məhv olur. Bakı bazarında isə pomidorun qiyməti bu mövsmümə görə xeyli baha qiymətə təklif edilir. Əməkdaşlarımız məsələni araşdırıblar.

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərclə müayisədə qazanc aşağı olur.

1 hektarlıq sahədən ümumilikdə 50 ton məhsul götürülməsi nəzərdə tutulub. Yığım hələ 1 ay davam edəcək. Fermerlər bundan sonraki müddətdə qiymətlərin bir qədər qalxmasına ümid edirlər…

Paytaxt bazarlarında isə sahələrdə 20 qəpiyə belə alınmayan pomidor bundan 4 dəfə baha, yəni 60-80 qəpik arasında qiymətə təklif edilir.

KONKRET.az xəbər verir ki, alıcılar bu mövsüm üçün qiymətlərin baha olmasından gileylənirlər…

Satıcılar yaxın günlərdə pomidorun qiymətinin enməsini gözlədiklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*